BAKI, 19 sentyabr. TELEQRAF
Rusiya Danimarkadan nüvə təhlükəsinin olması barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bildirib.
Diplomat Danimarkanın öz ərazisində nüvə silahları yerləşdirməyə hazırlaşdığını deyib. O qeyd edib ki, bu ilin yayında Kopenhagen və ABŞ müdafiə sazişi imzalayıb, onun ilkin variantında “Sülh dövründə Danimarkada nüvə silahı yerləşdirilə bilməz” bəndi istisna edilib.
On illik razılaşma ABŞ-yə öz qoşunlarını Karup, Skridstrup və Alborq hava bazalarında daimi yerləşdirməyə, həmçinin ölkədə silah saxlamağa imkan verəcək. Barbin iddia edib ki, Danimarka amerikalıların idxal etdiyi silahlara heç bir nəzarət etməyəcək.