
“Opta” superkompüteri ümumi mərəhələnin ilk turundan sonra UEFA Çempionlar Liqasının favoritlərini müəyyən edib.
Yeniavaz.com xəbər verir ki, İngiltərənin “Liverpul” klubu 19,9%-lik nəticə ilə (əvvəl bu rəqəm 20,4% idi) Avropanın nüfuzlu turnirində qalib gəlmə ehtimalı ən yüksək olan klub olaraq qalır.
Favoritlər siyahısında İngiltərənin “Arsenal” klubu ikinci (16%), Fransanın “Pari Sen Jermen” (PSJ) klubu isə üçüncüdür (12,7%).
Bu günə olan məlumata görə, Almaniyanın “Ayntraxt Frankfurt” klubu Çempionlar Liqasının ümumi turnir cədvəlində birinci yerdədir. İkinci yerdə PSJ, üçüncü yeri isə “Klab Brügge” qərarlaşır. Hər üç komandanın üç xalı var.