AZ

Yankoviçin zədəsi ciddi çıxdı - AÇIQLAMA

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçirilən "Benfika" ilə səfər matçında zədələnərək 77-ci dəqiqədə əvəzlənən Marko Yankoviçin zədəsi ilə bağlı ilkin ehtimallar doğrulmayıb.

Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev deyib:

"İlkin rəylərə görə Yankoviçin zədəsinin yüngül olduğu güman edilsə də, ətraflı müayinə ortaya fərqli reallıq qoydu. Onun dördbaşlı əzələsində gərilmə var ki, bu da 6 həftə komandaya kömək edə bilməyəcəyi anlamındadır. Təbii ki, Marko Çempionlar Liqasının 2-ci turunda "Kopenhagen"ə qarşı oynamayacaq".

Qeyd edək ki, "Qarabağ" Danimarka komandası ilə oktyabrın 1-də qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Nihat

Seçilən
8
1
fanat.az

2Mənbələr