AZ

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib

Avropa Komissiyası Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo brifinqdə məlumat verib.

O bildirib ki, Aİ prezidenti Ursula fon der Leyen və Ali Nümayəndə Kaja Kallas yeni paket barədə açıqlamanı birlikdə təqdim edəcəklər, lakin iş qrafiklərinin sıxlığı səbəbindən birbaşa jurnalistlərlə görüş mümkün olmayacaq.

“Prezident fon der Leyenin çıxışının yazısı EBS kanalında yayımlanacaq. Suallara icazə verilməyəcək”, – Pinyo əlavə edib.

Yeni sanksiyalar paketi Avropa Komissiyasının təsdiqindən sonra Aİ Şurası tərəfindən yekdilliklə təsdiqlənməlidir.

Seçilən
9
operativmm.az

1Mənbələr