AZ

Hindistan və ABŞ ticarət danışıqlarında irəliləyiş əldə edib

Yeni Dehlidə keçirilən Hindistan-ABŞ ticarət danışıqları əməkdaşlığın müxtəlif aspektlərini əhatə edib və müsbət nəticələrlə yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval bildirib.

Caisvalın sözlərinə görə, ABŞ nümayəndə heyəti Brendan Linçin rəhbərliyi altında səfərdə olub.

“Müzakirələr müsbət və perspektivli olub, ticarət sazişinin müxtəlif aspektləri müzakirə edilib. Hər iki tərəf qarşılıqlı faydalı sazişin tezliklə bağlanması üçün səyləri gücləndirməyə razıdır”, – deyə o qeyd edib.

Fevral ayında baş nazir Narendra Modinin ABŞ-yə səfərindən sonra Hindistan və ABŞ hərtərəfli ticarət sazişi üzrə danışıqlara başlayıb. Hədəf 2030-cu ilə qədər ikitərəfli ticarətin həcmini iki dəfə artıraraq 500 milyard dollara çatdırmaqdır. Sazişin payızda imzalanması planlaşdırılırdı, Hindistan nümayəndə heyəti danışıqlar üçün Vaşinqtona bir neçə dəfə səfər edib.

Qeyd edək ki, avqustun 6-da ABŞ Hindistana əlavə 25% rüsum tətbiq edib. Ayın sonunda isə ABŞ-nin Hindistan mal və xidmətlərinə tətbiq etdiyi tariflər 50%-ə qədər artırılıb. Hindistan Xarici İşlər Nazirliyi bu addımları ədalətsiz hesab edir.

Seçilən
56
operativmm.az

1Mənbələr