AZ

Sümük sağlamlığının pisləşməsinin səbəbi

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Mikroplastiklər təkcə ürəyə, ağciyərlərə və sinir sisteminə deyil, sümüklərin sağlamlığına da mənfi təsir göstərir.

Bakıvaxtı.az xəbər verir ki, beynəlxalq alimlər qrupu kiçik plastik hissəciklərin sümük iliyinə nüfuz edə və onun funksiyasını pozaraq sümük itkisinə səbəb ola biləcəyini aşkar edib. 

Məlumata görə, hər il dünyada 400 milyon tondan çox plastik istehsal olunur və onun hissəcikləri su və qidadan tutmuş havaya qədər hər yerdə var.

Qeyd olunub ki, mikroplastiklər artıq qanda, beyində, plasentada, ana südündə və hətta sümüklərdə tapılıb. Aydın olub ki, onlara məruz qalma skeletin gücünü zəiflədə bilər.

"Sümük hüceyrələri üzərində aparılan təcrübələrdə mikroplastiklər onların həyat qabiliyyətini azaldıb, qocalmanı sürətləndirib və iltihaba səbəb olub. Heyvanlarda sümük toxumasını məhv edən hüceyrələr olan osteoklastların sürətlənmiş degenerasiyasını müşahidə etdik ki, bu da deformasiyalara, sümüklərin zəifləməsinə və hətta skeletin böyüməsinin dayandırılmasına gətirib çıxarır",- deyə, alimlər bildirib.

Vurğulanıb ki, mikroplastiklərin sümüklərin mexaniki möhkəmliyinə təsiri hələ tam öyrənilməsə də, artan dəlillər hissəciklərin sümüyə dərindən nüfuz edə və onun maddələr mübadiləsini pozmağa qadir olduğunu göstərir.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
bakivaxti.az

2Mənbələr