AZ

Cokiç birdəfəlik Yunanıstana köçdü

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Serbiyalı tennis ulduzu Novak Cokoviç Yunanıstana köçüb. Yunanıstanın “Tennis News” portalının yaydığı xəbərə görə, 38 yaşlı idmançı Afinanın cənubunda icarəyə götürdüyü evdə daimi əsasda yaşayacaq. O, uşaqlarını özəl ingilisdilli məktəbə yazdırıb. Cokoviç həftəsonu Afinadakı tennis klublarından birində görünüb, böyük oğlu Stefanla çalışıb.“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi, Serbiya prezidenti Aleksandr Vuçiçin siyasətindən narazı olan Novakın Yunanıstana köçmək planı hələ iyundan bəll idi. Bu köç Yunanıstanın “Qızıl viza” proqramı çərçivəsində baş tutub. Həmin proqram Yunanıstan iqtisadiyyatına ciddi sərmayə qoyan, Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarına beşillik yaşamaq icazəsi verməyi nəzərdə tutur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
icma.az

2Mənbələr