AZ

"Turistlərin çoxalması otellərin fəaliyyətinə təsir göstərir" - MÜNASİBƏT BİLDİRİLDİ

""Formula-1" yarışının Bakıda keçirilməsi ölkəmizə xeyli turistin gəlməsi deməkdir. Bu isə Azərbaycanı daha yaxından tanıtmaq, onun mədəniyyətini və gözəlliklərini dünyaya göstərmək üçün əvəzsiz imkandır". Bu sözləri SİA-ya açıqlamasında cüdoçu Turan Bayramov deyib.

Onun sözlərinə görə, bura gələn qonaqlar təkcə yarışa tamaşa etməklə kifayətlənmirlər, həm də şəhərin tarixi məkanlarını gəzir, müxtəlif xidmətlərdən istifadə edirlər: "Turistlərin çoxalması paytaxtımızda otellərin, restoranların, mağazaların və taksi xidmətlərinin fəaliyyətinə də ciddi şəkildə təsir göstərir. Onlar bu müddətdə daha çox gəlir əldə edir, iqtisadi fəallıq artır. Yerli sahibkarların qazancı yüksəlir, yeni iş yerləri açılır və əhalinin rifahına müsbət təsir göstərən iqtisadi dinamika yaranır.

"Formula-1" kimi mötəbər bir idman tədbirinin Bakıda təşkil olunması həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir. Dünyanın müxtəlif ölkələrindən gələn tamaşaçılar, idmançılar və media nümayəndələri Azərbaycanın inkişafını, qonaqpərvərliyini və müasir infrastrukturunu yaxından görürlər. Bu, ölkəmizin turizm potensialının artmasına, gələcəkdə daha çox beynəlxalq tədbirlərin təşkilinə zəmin yaradır.

Bir sözlə, "Formula-1" yarışı təkcə idman bayramı deyil, həm də iqtisadi və sosial inkişafımıza güclü dəstək verən böyük bir layihədir. Onun ölkəmizdə keçirilməsi Azərbaycanı dünyaya tanıdan və gələcəyimiz üçün mühüm imkanlar açan mühərrik rolunu oynayır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
17
1
sia.az

2Mənbələr