AZ

Hücum etməyimizlə bağlı sübut təqdim edin! - Zaxarova

Avropa ölkələrinin Rusiya PUA-larının onların hava məkanını pozması ilə bağlı ittihamları əsassızdır.

Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O vurğulayıb ki, Rusiya hadisədən dərhal sonra təhqiqat aparmadan və sübut təqdim etmədən günahkar elan edilib:

"Hadisənin hansı şəraitdə baş verdiyi hələ də bəlli deyil, lazımi araşdırma aparılmayıb, inandırıcı sübutlar toplanmayıb, amma günahkar artıq müəyyən edilib.Və bu, təbii ki, Rusiyadır. Bu dəfə də Rusiyaya qarşı təxribat cəhdi və qəsdən eskalasiya ittihamları həmişəki kimi əsassızdır”.

Seçilən
3
5
ulusum.az

6Mənbələr