AZ

Marko Yankoviç uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Marko Yankoviç altı həftə yaşıl meydanlardan uzaq qalacaq".

Bunu Oxu.Az-a açıqlamasında "Qarabağ"ın Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev deyib.

O bildirib ki, Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə əzələ spazması kimi idi:

"Yəni "Benfika" ilə oyunda belə bir ehtimal var idi. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxartdı. Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Markonun sağalaraq komandaya qayıtması təxminən altı həftə çəkəcək".

Qeyd edək ki, Marko Yankoviç "Benfika" ya qarşı oyunun 77-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Murad Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
5
oxu.az

6Mənbələr