AZ

Aavtobusda DƏHŞƏT Sərnişinin gözünə bıçaq soxdular VİDEO

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yekaterinburqda avtobus sərnişinləri arasında baş verən mübahisə nəticəsində bir kişinin gözünə bıçaq soxulub.

Bakupost.az bildirir ki, bu barədə “Bezumnıy Ekb” Telegram kanalında məlumat verilir.

Hadisə “İnstitut Svyazi” dayanacağında baş verib. Mübahisə zamanı kişi bıçaq xəsarəti alıb. Hücum edən şəxs bıçağı ataraq hadisə yerindən qaçıb.

Zərərçəkən özü təcili yardım məntəqəsinə gedərək tibbi yardım alıb. Hadisə yerində polis əməkdaşları işləyir, onlar baş verənlərin detallarını və şəraitini araşdırır.

Bundan əvvəl Moskva ətrafında bir neçə kişi gediş haqqını ödəmədikləri üçün nəzarətçiyə bıçaqla hücum etmişdi. Onlar saxlanılaraq polis bölməsinə aparılıb. Nəqliyyat üzrə Şərq İstintaq İdarəsi hadisə ilə bağlı cinayət işi açıb.

Ayxan,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
www.bakupost.az

2Mənbələr