Bakı.Trend:
Vəhşi heyvan və quşların ailəvi istirahət məkanlarında vəictimai iaşə müəssisələrində saxlanılması və nümayiş etdirilməsiqanunla qadağandır.
Trend xəbərverir ki, bu barədə Azərbaycan qida Agentliyi məlumat yayıb.
Bildirilib ki, son dövrlərdə ictimai iaşə müəssisələri və ailəviistirahət mərkəzlərində müxtəlif növ vəhşi heyvan və quşlarınsaxlanılaraq nümayiş etdirilməsi hallarının geniş yayılmasımüşahidə olunur. Bu hal heyvan və quşların insanlarla təması,zoonoz xəstəlik törədicilərinin insanlara ötürülməsi, həmçininölkədə bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.
Belə hallarda yarana biləcək təhlükəli xəstəliklərin qarşısınınalınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədiləAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə ictimaiiaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində müvafiqmonitorinqlərə başlayıb.
AQTA diqqətə çatdırır ki, monitorinqlər mütəmadi olaraq davametdiriləcək və qanunvericiliyin tələblərinin pozulması hallarımüəyyən edilərsə, Agentlik tərəfindən müvafiq inzibati tədbirlərgörüləcək.