AZ

"Rusiyaya təzyiq siyasəti Çinin güclənməsinə xidmət edir"- Anar Əliyev

ABŞ-da Donald Trump ilə Vladimir Putin arasındakı münasibətlərin simpatiya prizmasından təhlil edilməsinin doğru yanaşma olmadığını deyən politoloq Anar Əliyev hesab edir ki, dövlətlərarası münasibətlərdə şəxsi simpatiyalar deyil, qlobal maraqlar ön plandadır.

O, News365.az-a açıqlamasında bildirib ki, ABŞ-ın qlobal hegemoniyasına ciddi risklərin mövcud olduğu bir dövrdə əsas məsələ liderlərin şəxsi münasibətləri deyil, strateji maraqlardır:

“Trump yaxşı anlayır ki, Rusiyaya daha sərt təzyiqlərin göstərilməsi Moskvanı Çinə yaxınlaşdırır. Ukrayna müharibəsinin nəticələri necə Çinin maraqlarına xidmət edibsə, eyni proses davam edir. Çünki Rusiya ucuz xammalını Çinə və Hindistana satmaqla onların iqtisadi güclənməsinə səbəb olur”, – deyə politoloq vurğulayıb.

Anar Əliyevin sözlərinə görə, Rusiya hədəf seçildikcə ən böyük faydanı Çin əldə edir:

“Neftin qiymətinin ucuzlaşdırılması ilə bağlı qoyulan limitlər də buna nümunədir. Neft ucuzlaşırsa, ən çox qazanan Çin və Hindistan olur. Bu isə ABŞ-ın əsas rəqibi olan Çinin daha da güclənməsi deməkdir”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, Tramp administrasiyasının strateji baxışında əsas hədəf Rusiya yox, Çin olmalıdır.

News365.az

Seçilən
2
news365.az

1Mənbələr