AZ

iOS 26 yeniləməsi iPhone batareyasını “öldürür”

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

iOS 18 istifadəçilərinə hələlik yenilənməmək tövsiyə olunur. iPhone-ların enerji sərfi kəskin artıb.

Lent.az bu yenilənmə ilə bağlı məlumatları təqdim edir:

iOS 26 quraşdırıldıqdan sonra iPhone sahibləri batareyanın sürətlə boşalmasından şikayətlənirlər. Sosial şəbəkələrdə yazıldığına görə, bəzi telefonlar cəmi bir neçə saata tam boşalır. Bundan əlavə, smartfonların həddindən artıq qızması, tətbiqlərin donması və ekranın “ağır işləməsi” barədə də məlumatlar gəlir. Hətta ən güclü model iPhone 17 Pro Max sahibləri belə bu problemləri yaşadıqlarını bildirirlər.

"Apple"dan açıqlama

Apple şikayətləri cavabsız qoymayıb və rəsmi press-reliz yayıb. Şirkət bildirir ki, bu normal prosesdir:

sistem böyük yeniləmədən sonra faylları indeksləşdirir,

verilənləri yenidən qurur,

yeni funksiyaları adaptasiya edir.

Bu da müvəqqəti olaraq prosessor və batareyaya daha çox yük salır. Proses bitdikdən sonra enerji sərfi normal vəziyyətə qayıtmalıdır. Amma bunun neçə gün davam edəcəyi açıqlanmayıb.

Ekspert məsləhəti

iOS 18-də qalan istifadəçilərə mütəxəssislər bir neçə həftə gözləməyi və ən azı 26.0.3 kimi sabit versiya çıxandan sonra yeniləməyi tövsiyə edirlər.

iOS 26-nın gətirdiyi yeniliklər

Bu, Apple-ın son on ildəki ən böyük yeniləməsi sayılır. Əsas yeniliklər:

Liquid Glass adlı “şüşə” dizayn,

təkmilləşdirilmiş blok ekranı,

bir neçə tətbiq üçün real vaxtda tərcümə funksiyası.

Yeniləməni iPhone 11 və daha yeni modellər, eləcə də iPhone SE 2020, SE 2022 və iPhone 16e sahibləri yükləyə bilərlər. iPhone XS və XR modelləri isə bu il dəstəkdən kənarda qalıb.

"Bloomberg" yazır ki, iOS 26, 2027-ci ildə təqdim ediləcək yubiley iPhone modelinə zəmin yaradır həmin cihaz tamamilə əyri şüşə kənarlara, ultra nazik çərçivələrə və tamamilə kəsiksiz ekrana sahib olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
lent.az

1Mənbələr