AZ

Yeni tikili bünövrəsindən mənzil almağın sirri Nələrə diqqət etməliyik?

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Yeni tikili binalarda bünövrədən mənzil almaq bir çoxları üçün sərfəlidir. Həmin mənzillər hazır binalarda satılan evlərlə müqayisədə nisbətən ucuz təklif olunur. 

Bəs bu evlər doğurdan da sərf edir və alarkən nələrə diqqət etməliyik?

Milli.Az xəbər verir ki, rieltor Kənan Hüseynlinin sözlərinə görə, bünövrədən mənzil satmaq tikinti şirkətlərinə də sərf edir.

Bu cür evlər vətəndaşlara 15-20 faiz daha ucuz başa gəlir:

"Hazır binadan ev alanda kvadratı 2500 manat təklif olunursa, amma digər halda 1900-2000 manata təklif olunur. Hazır binada kredit şərtləri 3 ildirsə, natamam binada isə 10 ilə qədər daxili kreditlə verərək, faizlərdə müəyyən güzəştlər olunur".

Əmlak məsələləri üzrə mütəxəssis Elnur Fərzəliyev bildirir ki, bünövrədən olan mənzillərin tikintisi 2-3 ilə başa çatır:

"Bu da il keçdikcə mənzilin qiymətinin artmasına səbəb olur. Belə evləri insanlar 2 məqsədlə alır. Bir hissəsi həmin mənzili sataraq gəlir əldə edirlər, digər hissəsi isə faktiki yaşayış üçün nəzərdə tuturlar. Mütəxəssislər hesab edirlər ki, bünövrədən satılan mənzillərdə risklər də ola bilər. Alıcılar ilk növbədə tikinti şirkətinin nə qədər etibarlı olduğuna araşdırmalıdırlar". 

Asya

Miilli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
2
news.milli.az

3Mənbələr