AZ

Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) nümayəndə heyəti Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, nümayəndə heyətinə Xidmətin rəisi Andranik Simonyan rəhbərlik edəcək.

Forumun 19–21 sentyabr tarixlərində baş tutacağı qeyd olunur. Xatırladaq ki, Simonyan bu ilin iyul ayında Ermənistan MTX-nin rəisi təyin edilib.

Azərbaycan hələlik Ermənistan MTX-nin məlumatına münasibət bildirməyib.

Qeyd edək ki, Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlik məsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması və səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrinin edildiyi beynəlxalq təhlükəsizlik tədbiridir.

Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır. I Bakı Təhlükəsizlik Forumu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü ilin may ayının 3-də təşkil olunub.

2024-cü ilin sentyabr ayının 15-də isə “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib.

Seçilən
27
2
modern.az

3Mənbələr