NATO qüvvələri Rusiya və Belarusun birgə keçirdiyi “Zapad” hərbi təlimindən cəmi bir gün sonra yeni genişmiqyaslı manevrlərə start verib.
Publika.az xəbər verir ki, Polşa ərazisində başlayan “Dəmir Qapı” adlı təlimdə 30 minə yaxın hərbçi iştirak edir.
Təlim çərçivəsində hədəflər yerüstü zərbələrlə məhv edilib, eyni zamanda helikopter və təyyarələr havadan dəstək göstərib.
Qeyd edilib ki, təlim sahəsi Kalininqraddan cəmi 100 kilometr aralıda yerləşir və bu, Rusiya ilə sərhədə yaxın məsafədə ən böyük NATO təlimlərindən biri hesab olunur.