Bakı. Trend:
“Economist Intelligence Unit”in (EIU) son proqnozlarına əsasən,Azərbaycanın iqtisadiyyatı növbəti beş il ərzində sabit artımnümayiş etdirəcək.
Trend EIU-aistinadən xəbər verir ki, ÜDM 2025-ci ildə 3,4 faiz artacaq,ardınca isə 2026 və 2027-ci illərdə 3,1 faiz yavaşlayacaq. 2028-ciildə 3,2 faizlik mülayim sürətlənmə gözlənilir, 2029-cu ildə isəartım 3,5 faizə çatacaq.
EIU-nun proqnozlarına əsasən, Azərbaycanda inflyasiya 2024-cüildəki 2,2 faizdən tədricən yüksələrək 2027-ci ildə 4,7 faizəçatacaq və Mərkəzi Bankın 4±2 faiz hədəf diapazonunda qalacaq.
EIU proqnozuna görə, USD/AZN məzənnəsi 2024–2029-cu illərərzində 1,7 səviyyəsində sabit qalacaq. EUR/AZN məzənnəsi isə2027-ci ilə qədər tədricən azalaraq daha sonra 1,73 səviyyəsindəsabitləşəcək.