AZ

Milli dəyərlər, tarixi ədalət

ain.az, Ses qazeti saytına istinadən bildirir.

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxması və mülki şəxslərin həlak olması işğalçı dövlətin ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı kimi dəyərləndirildi.

Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Azərbaycan dövləti bunu ən yüksək tribunalardan bəyan etdi. Ermənistanın üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini üç ilə yaxın dövrdə yerinə yetirmək barədə düşünməməsi, yalnız təxribatları ilə diqqətdə olması dünyanı narahat etmədi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Azərbaycanın tarixi Zəfərimizdən sonra atdığı addımlaraın xronologiyasına diqqət yetirmək kifayətdir. Ölkəmiz Zəfərimizdən dərhal sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini təklif etdi.

44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, lokal antiterror tədbirlərinin də uğurla başa çatdırılması üçün Azərbaycan Ordusu peşəkarlıq, yüksək döyüş təcrübəsi nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev 2023-cü il sentyabrın 20-də xalqa müraciətində bildirdi ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə olundu.

Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə silahların tətbiqi ilə sıradan çıxarıldı. Əvvəlcədən verilən tapşırıqlara əsasən Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Ordumuz bu mövqeni 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də nümayiş etdirmişdir. Azərbaycan Ordusundan fərqli olaraq isə Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən ərazilərimizi raket atəşinə tutdu, mülki əhalinin həlak olmasına və yaralanmasına səbəb oldular. Dünya isə bunları görməzdən gəldi. Hər zaman vurğulandığı kimi, 30 illik işğal dövründə Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, BMT qətnamələrini icra etmədiyi üçün sanksiyalar tətbiq olunsaydı 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı.

Ermənistan və ona havadarlıq edən dövlətlər lokal antiterror tədbirlərinin uğurla başa çatdıran Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun bir daha şahidinə çevrildilər. Azərbaycanın haqlı mövqeyini özündə əks etdirən şərtlər qısa zamanda, bir gündə qəbul edildi. Bir gün ərzində yazılan uğur hekayəsi bir daha təsdiqlədi ki, işğalçı dövlətin istənilən təxribatına layiqli cavab veriləcək.

Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün reallıqları əsasında bir daha belə bir çağırışı səsləndirdi ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
sesqazeti.az

1Mənbələr