AZ

“Ukrayna və Rusiya hazırda müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmır”

ain.az, Missiya.az portalına istinadən məlumat verir.

“Kiyev və Moskva hələ ki, müharibənin dayandırılması və ya atəşkəs barədə danışıqlar aparmır. Bununla belə, humanitar məsələlər, xüsusən də məhbus mübadiləsi ilə bağlı əlaqələr davam edir”.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “CNN” telekanalına  müsahibəsində məlumat verib.

"Hazırda biz humanitar komponenti davam etdiririk, xüsusən də hərbi əsirlərin azad edilməsini", - deyə siyasətçi vurğulayıb.

Umerov qeyd edib ki, Rusiya ilin sonuna qədər Ukraynaya gündə 1000-ə qədər zərbə endirməyə çalışacaq:

"Rusiya hücumların sayını gündə minə çatdırmağa çalışır, ona görə də düşünürəm ki, onlar ilin sonuna qədər hücumlarını genişləndirəcəklər. Bu, Rusiyanın müharibəni bitirmək kimi ciddi niyyətinin olmadığını göstərir", - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
missiya.az

2Mənbələr