AZ

“Almaz-Antey” qabaqcıl HHM sistemlərinin istehsalını əhəmiyyətli dərəcədə artırıb

2025-ci ildə “Almaz-Antey” hava kosmik müdafiə konserni S-350 “Vityaz” və S-400 “Triumf” hava hücumundan müdafiə sistemlərinin istehsalını iki dəfədən çox artırıb.

Herbiand.az bildirir ki, konsernin mətbuat xidməti bunun yeni istehsal müəssisələrinin istifadəyə verilməsi ilə mümkün olduğunu deyib.

Qeyd olunub ki, bir neçə məhsul üzrə istehsal həcmi dörd dəfə artıb.

S-350 sistemləri köhnəlmiş S-300P və S-300PS-ləri əvəz etmək üçün nəzərdə tutulub. Sistem təxminən 120 km məsafədə hər hansı aerodinamik və ballistik obyektləri vurmaq üçün 4,8 km/s sürətlə hərəkət edən 9M100 raketlərindən istifadə edir. Həmçinin, 15 km-ə qədər aşağıda uçan hədəfləri tutmaq üçün 9M96 raketlərindən də istifadə olunur.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
11
herbiand.az

1Mənbələr