Avropa Komissiyası Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqlədi.
Turkustan.az xəbər verir ki, cümə günü Avropa Komissiyası Rusiya Federasiyasına qarşı yeni, 19-cu sanksiyalar paketini təsdiqləyib. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Paula Pinyo jurnalistlərə məlumat verib.
"Mən təsdiq edə bilərəm ki, Komissiya bu gün Rusiya Federasiyasına qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib", – deyə, Pinyo bildirib.
Paketin təfərrüatları bu gün günortadan sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kallas tərəfindən açıqlanacaq.
Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib ki, Aİ Rusiyanın qalıq yanacaqlarından çıxışı sürətləndirməyə dair yeni təşəbbüslər təqdim edəcək. Növbəti sanksiyalar paketi xüsusilə Rusiyanın kripto aktivləri, bankçılıq və enerji sektorlarını hədəf alacaq.
Digər tərəfdən, ABŞ G7 müttəfiqlərinə Rusiyadan neft aldıqları üçün Çin və Hindistana 100%-ə qədər tariflər tətbiq etməyə çağırır. Lakin bu təşəbbüsün G7 ölkələrinin paytaxtlarında müqavimətlə qarşılanacağı gözlənilir. G7 rəsmiləri hazırda yaxın iki həftə ərzində yekunlaşdırılması planlaşdırılan təkliflər paketi üzərində işləyirlər.
Aytən Yaşar/ Turkustan.az