AZ

Sukanal idarələri təlimə cəlb olunub - Videoreportaj

19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq qurumları fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirir. Yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trassa boyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər. Növbəti tədbir Səbail rayonunda olub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdiri Ceyhun Musaoğlu tədbir barədə məlumat verərək bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıda keçiriləcək növbəti Formula-1 yarışlarına ənənəvi olaraq hazırlaşır. “Biz hazırda Səbail rayon Sukanal İdarəsinin ərazisindəyik və burada İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin 3 sukanal idarəsinin bütün heyəti, texnikası, mal-materialları nümayiş olunur və Nəsimi Sukanal İdarəsi, Səbail Sukanal İdarəsi və Yasamal Sukanal İdarəsinin ərazilərindən keçən trassa boyu dislokasiya yerləri müəyyənləşdirilir, texnikaya baxış keçirilir.

Bu təlim - məşq toplanışı növbəti günlərdə də davam edəcək”. Tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinin vəziyyətinə bir daha aydınlıq gətirilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov və Xidmətin nümayəndələri idarənin fəaliyyəti ilə yaxından tanış olublar. Tahir Xəlilov təlim iştirakçılarına görülən işlər, mövcud vəziyyət, fəaliyyət planının icrası ilə bağlı ətraflı məlumat verib.

Formula-1 yarışlarında tapşırıqların səmərəli və effektli icrasına nail olmaq üçün tövsiyələrini, təkliflərini bildirib, hər bir əməkdaşın öhdəsinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirməyə səsləyib. Qurumun Formula-1 yarışlarına məsul olan bütün əməkdaşlarının işlərin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu vurğulayaraq qeyd edib ki, təlim-məşq toplantısı yarışların keçirildiyi ərəfədə qüsursuz işləməyimizə təkan olacaq.

Səbail rayon Sukanal İdarəsinin baş mühəndisi Azad Murquzov qeyd edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu yarışla bağlı müvafiq işlərə yüksək səviyyədə hazırlaşır. “Biz bu gün də respublikada və Bakıda hər hansı mötəbər yarışların, tədbirlərin keçirilməsinə yüksək səviyyədə hazırıq”.

Seçilən
3
16
publika.az

10Mənbələr