AZ

“Zijin Gold” Honq-Konqda IPO zamanı $3,2 milyard cəlb etməyi hədəfləyir

“Zijin Mining Group”un beynəlxalq qızıl hasilatı bölməsi “Zijin Gold International” Honq-Konq birjasında 71,59 Honq-Konq dolları (9,2 ABŞ dolları) qiymətinə 349 milyona yaxın səhm yerləşdirməyi planlaşdırır. Bu, 2025-ci ildə dünya üzrə ikinci ən iri IPO olacaq.

Toplanan vəsaitin bir hissəsi Qazaxıstanda qızıl mədəninin alınmasına, qalanı isə mövcud şaxtaların yenilənməsinə yönəldiləcək. Investorlar arasında Sinqapurun GIC fondu, “Hillhouse”, “BlackRock”, “Fidelity” və “Millennium” var. Ticarətə 29 sentyabrda başlanacaq.

Qeyd edək ki, “Zijin” — dünyada bazar dəyərinə görə üçüncü ən iri mədən şirkətidir. O, həm qızıl, həm də mis hasil edir. IPO qiymətinə əsasən, “Zijin Gold”un səhmləri digər mədən şirkətlərinə nisbətən təxminən 20–25% ucuz görünür.

2025-ci il Honq-Konq birjası üçün IPO baxımından uğurlu olub: ilin əvvəlində CATL 5,3 milyard dollar, “Sanhua” — 1.2 milyard dollar, “Foshan Haitian” isə 1,3 milyard dollar cəlb edib. Avtomobil istehsalçısı “Chery” IPO zamanı 1,2 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.

Seçilən
28
banker.az

1Mənbələr