AZ

Dahi bəstəkarın bu büstünü Eldar Həsənov qoydurub

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Dünya şöhrətli dahi bəstəkarımız, böyük maarifçi, görkəmli ictimai xadim, ölməz əsərlər müəllifi Üzeyirbəy Hacıbəylinin heykəli də mənfur düşmənləri daim səksəkədə saxladığından, güllələnməyə məruz qalmışdır.

Bu nəhəng şəxsiyyət yubileydən-yubileyə yox, hər gün xatırlanmalıdır. Azərbaycanın ləyaqətli oğlu, 20 il ölkəmizi Avropanın dörd ölkəsində layiqincə təmsil etmiş əziz qardaşım Eldar Həsənov Serbiyada səfir olarkən ölkənin baş şəhəri Belqradda ümummilli liderimiz Heydər Əliyevin və Serbiyanın ikinci böyük şəhəri Novi-Sadda Dunay (Tuna) çayının sahilində Dahi bəstəkarımızın möhtəşəm heykəllərini ucaltdırmışdır. Hər gün axşam saatlarında Üzeyirbəyin üverturası səsləndirilir, şəhər əhalisi artıq Üzeyirbəyi özününkü kimi sevib məmnuniyyətlə dinləyirlər.

Əlövsət Ağalarov

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
icma.az

1Mənbələr