Avropa Komissiyası Rusiya Federasiyasına qarşı yeni, 19-cu sanksiyalar paketini təsdiqləyib.
Missiya.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
"Komissiya bu gün Rusiya Federasiyasına qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib ", - deyə siyasətçi bildirib.
Qeyd olunub ki, paketin təfərrüatları bu gün günortadan sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən açıqlanacaq.
Daşqın HəsənovMissiya.Az