AZ

Azərbaycan Gürcüstandan avtomobil idxalını azaltdı

TBİLİSİ, 19 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 5 713 ədəd minik avtomobili idxal edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

Nəqliyyat vasitələrinin ümumi dəyəri 156 milyon ABŞ dollarına bərabər olub.

Ötən ilin eyni dövrünə nisbətdə avtomobillərin sayı 3 419 ədəd və yaxud 37,4% azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 1,73 milyard ABŞ dolları dəyərində 70 972 ədəd minik avtomobili təkrar ixraca yönəlib ki, bunun da 8,05%-i Azərbaycanın payına düşüb.

Seçilən
6
3
teleqraf.com

4Mənbələr