Bakı, TurkicWorld
"Formula-2" kateqoriyasında sıralama turu başladı.
TurkicWorld xəbər verir ki, turun nəticəsinə görə şənbə və bazar günlərində keçiriləcək yarışlarda komandaların start düzülüşü formalaşacaq.
xxx
13:43
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.
TurkicWorld xəbər verir ki, "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib.
Onun komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.
İkinci sərbəst yürüş bu gün, saat 16:00-da start götürəcək.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
xxx
13:43
"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş davam edir.