AZ

Əfqanıstan XİN in Trampın bəyanatına cavabı

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi və xarici işlər nazirinin müşaviri Zakir Cəlali ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğu artıq mümkün olmadığını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp Əfqanıstanın Çinlə sərhədində yerləşən, strateji mövqeyə malik "Bəhram" hərbi hava bazasının yenidən Amerikaya verilməsinin mühüm olduğunu söyləyib. Cəlali isə bunun cavabında deyib: "Əfqanıstan xalqı heç vaxt xarici bir dövlətin hərbi varlığı ilə barışmayıb və bu məsələ Doha razılaşmasında öz əksini tapıb.  Əfqanıstan ilə ABŞ qarşılıqlı hörmət və ümumi maraqlar çərçivəsində siyasi və iqtisadi əlaqələr qura bilərlər. Lakin, ABŞ-ın Əfqanıstanda hərbi bazası olmayacaq".

Hürr Tərcüman 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr