AZ

Qayda pozub təhlükə yaratdı, üstəlik siqnal səsinə əl qolla cavab verdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Hava limanı yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, sentyabrın 18-də saat 12:33 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 77-UV-012 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, sol zolaqda hərəkətdə olan maşına əhəmiyyət vermədən həmin zolağa manevr edib və bu vaxt görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü siqnal verərək ona xəbərdarlıq edib.

Sürücünün iddiasına əsasən, qayda pozan şəxs səhvini qəbul etmək əvəzinə siqnal səsinə əsəbiləşərək ona əl-qolla iradını bildirib. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
avtosfer.az

2Mənbələr