AZ

Vətəndaşlar bu halda gəlir vergisi ÖDƏMƏYƏCƏK

Ajans.az xəbər verir ki, mediada 2026-cı ildən etibarən dövlət büdcəsinə daxil olacaq fiziki şəxslərin gəlir vergisi (yəni insanların maaşından tutulacaq vergi) 29,05%-ə artacağı haqqında informasiya paylaşılmışdı. 2025-ci illə müqayisədə 29,05 % çox dövlət büdcəsinə daha çox pul yığılacaq. Ancaq bu pul, əsasən, işçilərin cibindən çıxır. Çünkü onların vergi yükü artmış olur. Əgər indiyə qədər maaşınlarının bir hissəsi vergidən azad idisə, daha çox pul evə aparılırdı.2026-cı ildən isə maaşınların hamısından vergi tutulacaq, əlində qalan pul azalacaq. Ajans.az mövzu ilə bağlı deputat Vüqar Bayramov ilə əlaqə saxlayıb. Deputat bildirib ki, 7 ildir ki, özəl sektorda çalışan şəxslər gəlir vergisindən azad edilib: " Vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən, 7 il müddətinə Azərbaycanda  fiziki şəxslər gəlir vergisindən azad idilər. 7 illik güzəşt müddəti 2026-cı ilin yanvarın 1-də başa çatır. Bu güzəşt özəl və qeyri-neft sektorunda çalışan vətəndaşlarımıza şamil olunurdu. Yəni onlar 14 əv ya 25 faizlik gəlir vergisini vermirdilər. Onların əmək haqları vergidən azad idi. Bu il artıq 7-ci ildir ki, bu güzəştlər var".  Vüqar Bayramov əlavə edib ki, edilən güzəştin müddəti uzadılmalıdır: " Mənim təklifim isə odur ki, bu güzəşt müddəti uzadılsın. Əgər uzadılmayacaqsa, kiçik rəqəmlərlə (məsələn 2 faizlik vergi) tətbiq olunsun. Vətəndaşlar və ya  sahibkarlar üçün ciddi əlavə xərclər yaratmasın. Nəzərə alsaq ki, qanunvericiliyə əsasən 14-25 faizlik vergi dərəcələrinə güzəştdən söhbət gedirdi. Ona görə də bu əmək müqaviləsi ilə çalışan bütün vətəndaşlarımıza aid idi. Hansı ki, vətəndaşlarımız əmək müqaviləsi ilə çalışırdı və onların əmək haqlarından 7 ildir ki, vergi ödəmirdi. Ona görə də mənim təklifim ondan ibarətdir ki, növbəti ildəndə güzəşt müddəti uzadılsın".  Deputat son olaraq əlavə edib ki, güzəşt müddəti uzadılarsa yenə də vətəndaşlarımız əmək haqlarından gəlir vergisi ödəməyəcəklər.
Seçilən
23
Ajans.az

1Mənbələr