Latviya hakimiyyəti Rusiya və Belarusla sərhədlərdə, eləcə də Estoniya və Litva ilə sərhəd bölgələrində hava məkanını gecə saatlarında bağlamaq qərarı verib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məhdudiyyətlər 6 km-ə qədər yüksəklikdəki uçuşlara aiddir və bu qərar təhlükəsizlik səbəbləri ilə qəbul olunub.
Məlumata əsasən, əvvəlcə bu qadağa Rusiya və Belarusla sərhəd ərazilərdə tətbiq edilib. Daha sonra isə Estoniya və Litva ilə sərhəddə də tətbiq olunmağa başlanıb. Sentyabrın 18-i axşam saatlarınadək qüvvədə olan bu qadağa indi oktyabrın 8-dək uzadılıb.
Mənbənin sözlərinə görə, bu saatlarda yalnız xüsusi icazə ilə, Latviya hərbi hakimiyyət orqanlarının nəzarəti altında uçuşlara icazə verilə bilər.
Aminə ŞAHSUVARQIZI