AZ

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə - Tarixi Qələbənin Simvolu

Azərbaycan xalqı üçün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunması yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası və milli qürurun təntənəsidir. Bu torpaqlar illərlə işğal altında saxlanılsa da, xalqımız dövlətinə və ordusuna olan inamını heç vaxt itirmədi.

Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Həmin şəhərin azad olunması yalnız ərazi bütövlüyümüzün deyil, həm də şəhidlərimizin ruhunun rahatlığı deməkdir. Xankəndi, Xocavənd və Ağdərə şəhərlərinin azadlığı isə xalqımızın mübarizə iradəsinin və milli birliyinin parlaq nümunəsidir.

Bu şəhərlərin azad olunması ölkəmizin siyasi iradəsinin, ordumuzun gücünün və xalqımızın həmrəyliyinin nəticəsidir. Qazanılan qələbə bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarından və milli dəyərlərindən heç vaxt vaz keçmir.

Azad edilmiş şəhərlərdə sürətli bərpa-quruculuq işləri aparılır, infrastruktur yenilənir, yeni yaşayış kompleksləri salınır. Doğma yurdlarına qayıdan soydaşlarımız üçün təhlükəsiz və firavan həyat şəraiti yaradılır.

Bu torpaqlarda dalğalanan üçrəngli bayraq Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın qürurunu və gələcəyə inamını əks etdirir. Tarixi qələbə gələcək nəsillər üçün həm qürur, həm də məsuliyyət örnəyidir.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Seçilən
19
1
yeniazerbaycan.com

2Mənbələr