AZ

Hindistan Rusiya neftindən imtina etməyi düşünmür

Musson mövsümündən sonra artan daxili tələbat Nyu-Dehlini yeni güzəştlərə sövq edir...

Poliqon xəbər verir ki, Bloomberg-in məlumatına görə, Hindistanın iri neft emalı şirkətləri Rusiya xammalından imtina etməyi planlaşdırmır. Buna səbəb musson mövsümündən sonrakı dövrdə ölkə daxilində yanacağa olan tələbatın artmasıdır.

Məlumata görə, Nyu-Dehli Vaşinqtonla ticarət danışıqlarını bərpa etsə də, hər iki tərəf yeni sazişin imzalanmasında israrlı olsa da, Hindistan hələlik Rusiyadan idxalı davam etdirir. Lakin son həftələrdə bu asılılıq müəyyən qədər zəifləyib. Belə ki, Rusiyanın ən böyük təchizatçı olduğu Hindistana neft axını ötən ayın ilk həftələrində müvəqqəti dayanmışdı.

Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyadakı neft obyektlərinə endirdiyi zərbələr də təchizatın azalmasına səbəb olub. Nəticədə 14 sentyabra qədər olan dörd həftənin orta göstəricisinə əsasən, Hindistana neft idxalı gündəlik təxminən 1 milyon barelə qədər düşüb. Bu isə son iki ilin ən aşağı göstəricisi sayılır.

Bununla belə, mənbələr bildirir ki, yaxın vaxtlarda idxal həcminin yenidən artacağı gözlənilir. Çünki ABŞ-nin təzyiqləri zəifləyib. Bu həftə ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modiyə “Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılmasına verdiyi dəstəyə görə” təşəkkür edib. Üstəlik, bazarda Urals markalı Rusiya neftinin kifayət qədər mövcudluğu Hindistan üçün əlverişli şərait yaradır.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr