Qahirə, 19 sentyabr, AZƏRTAC
Yaxın Şərqdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) zəmanət rejiminin tətbiqi ilə bağlı qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, Misirin təşəbbüsü ilə irəli sürülmüş qərar layihəsi təşkilatın cümə günü Vyanada keçirilmiş Baş Konfransının 69-cu sessiyasında böyük səs çoxluğu ilə qəbul edilib.
Qərarda Yaxın Şərqdə bütün nüvə obyektlərinin istisnasız olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin zəmanət sisteminə tabe edilməsi, regiondakı bütün dövlətlərin “Nüvə Silahlarının Yayılmamasına dair Müqavilə”yə qoşulması və Yaxın Şərqdə nüvəsiz zona yaradılması tələb olunur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə