AZ

Tariximizin ən dəyərli səhifələrindən biri – 20 sentyabr

Cənab Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü naminə apardığı uğurlu siyasətin hüquqi və siyasi simvoludur. Bu gün də tariximizin əlamətdar günləri siyahısına əlavə edilib.

Bunu Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Fuad Əliyev deyib.

O, qeyd edib ki, Ermənistanın regionda vəziyyəti gərginləşdirmək və sülh prosesinə zərbə vurmaq istiqamətində təxribat və terrorların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində yerləşən separatçılara qarşı 2023-cü ilin 19-20 sentyabr tarixində başlanan və cəmi 24 saat davam edən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfər əldə edərək milli suverenliyini tam bərpa edib. Əldə edilən bu möhtəşəm qələbə 10 noyabr Bəyanatının məntiqi nəticəsi kimi tarixə düşüb. Tariximizə Zəfər Günü kimi daxil olan 8 noyabr və 19-20 sentyabr antiterror əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımız işğaldan azad edilməklə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edildi:

“Azərbaycan Ordusu 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində, bölgədəki bütün qanunsuz erməni silahlı birləşmələrini tərksilah etdi. Separatçı rejimlər ləğv edildi və Azərbaycanın konstitusion quruluşu bu ərazilərdə tam şəkildə bərpa olundu. Bu əməliyyat bir gün ərzində və minimum itki ilə tamamlandı. Nəticədə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri nəhayət Azərbaycanın real nəzarətinə keçdi. 2020-ci ilin II Qarabağ müharibəsindən sonra Azərbaycan üçün xüsusi tarixi mərhələ başladı. İşğal altında olan ərazilərin azad edilməsi, dövlət suverenliyinin tam bərpası və bölgənin yenidən qurulması məsələləri qarşıya qoyuldu. Bu çərçivədə Ali Baş Komandan, Prezident Prezindet İlham Əliyev bölgələrə — Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və s. — tez-tez səfərlər edir. Bu səfərlər həm simvolik, həm praktik əhəmiyyət daşıyır. Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə daxil olmaqla işğaldan azad olunmuş şəhərlərə səfərləri Azərbaycan tarixində əlamətdar dönüş nöqtəsidir. Bu səfərlər dövlətin suverenliyinin bərpası, torpaqların azadlığı, idarəçiliyin və mədəniyyətin yenidən qurulması istiqamətində aparılan çoxşaxəli işlərin simvolik və praktik məcmusudur”.

Əldə edilən tarixi qələbə nəticəsində Azərbaycan təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu da bərpa etdik. Möhtərəm cənab Prezidentin müvafiq sərəncamına əsasən 20 sentyabr tarixi “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” kimi tarixə düşmüş oldu: “Xüsusi olaraq qeyd etməliyik ki, bu gün həmin şəhərlərin günü kimi qeyd edilməsi böyük tarixi və mənəvi məna daşıyır. Bu gün işğaldan azad edilən şəhərlərimiz yenidən qurulur, abadlaşır, həyat ora yenidən qayıdır. Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu Azərbaycanın, onun liderinin qətiyyətli, müdrik və uzaqgörən siyasətinin nəticəsidir”.

Seçilən
32
veteninfo.az

1Mənbələr