AZ

Pezeşkianın Ərdoğana qarşı davranışı etiraz yaratdı - FOTO

BAKI, 19 sentyabr. TELEQRAF

Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğanla Məsud Pezeşkianın sentyabrın 15-də Qətərin paytaxtı Dohada çəkilən fotosu İranda hələ də müzakirə mövzusu olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə ISNA yazıb.

“Məsud Pezeşkian və Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri zamanı çəkilmiş və mediada dərc olunmuş fotoşəkili müzakirələrə səbəb olub. Xüsusilə sosial mediada onların bədən dili müxtəlif şərhlərlə tənqid olunur”, - İran agentliyi bildirib.

Mənbə yazıb ki, siyasətçilər cəmiyyətdə güc və qərar qəbul edənlərin simvollarıdır: “Buna görə də onların davranışları və şəkilləri media və ictimaiyyət tərəfindən ciddi şəkildə araşdırılır. Fotoşəkildəki ən kiçik səhv və ya uyğunsuzluq asanlıqla tənqid oluna və istifadə edilə bilər”.

Agentlik əlavə edib ki, Pezeşkianın Dohada Ərdoğanla çəkilən fotosu da bu baxımdan diqqət çəkib və dünyanın nüfuzlu nəşrlərində manşetlərdə ona yer verilib:

“Seyid Abbas Musəvi tənqidlərə cavab olaraq yazıb: “Doktor Peşkian iclas başlamamış öz yerinə gedərkən yolda Türkiyə Prezidentini öz masasında görüb dostcasına onun kürəyinə vurdu. (Ərdoğan) Onun kim olduğunu görmək üçün arxaya çevrildi, eyni tərzdə əl sıxdı. Prezidentimiz onun qulağına nəsə pıçıldadı, güldü və getdi”.

Seçilən
14
teleqraf.com

1Mənbələr