AZ

FİFA agenti: "Benfika" üzərində qazanılan qələbə Qurban Qurbanovun imzası idi"

"Benfika" üzərində qazanılan qələbə Qurban Qurbanovun imzası idi. O, taktiki cəhətdən bütövlüklə "Benfika"nın baş məşqçisi Bruno Lajeni məğlub etdi. Təsəvvür edin, "Benfika" vurduğu qollardan savayı, heç qol epizodu yarada bilmədi. Əksinə, "Qarabağ" isə onları tez-tez təhlükəli epizodlarla narahat edirdi. Həqiqətən "Qarabağ" layiqli qələbə qazandı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu, hazırda FİFA agenti kimi çalışan Boyan İliç deyib.

O, Ağdam təmsilçisinin Çempionlar Liqasının 1-ci turunda "Benfika" üzərindəki 3:2 hesablı qələbəsini dəyərləndirib. 

Bununla yanaşı, İliç "Qarabağ"ın ÇL-də uğurlu çıxışını davam etdirmək şansları haqda danışıb:

"Qarşıdakı turda keçiriləcək "Qarabağ"- "Kopenhagen" görüşünü səbirsizliklə gözləyirəm. Əminəm ki, "Qarabağ" daha da çoxunu edə bilər. Bu komanda Marko Yankoviç kimi lider futbolçu ilə istənilən rəqibi məğlub edə bilərlər. Yankoviç "Benfika" ilə görüşdə sadəcə professor kimi oynadı. Həqiqətən də əsl liderdir".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
16
1
sportal.az

2Mənbələr