AZ

İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Haydərpaşa Limanından çıxacaq yedəkli yəni özü hərəkət edə bilməyən və başqa bir gəmi tərəfindən çəkilən gəmi) gəminin keçidi səbəbilə İstanbul Boğazında gəmi hərəkəti iki istiqamətli olaraq dayandırılıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, yedəkli gəminin təhlükəsiz keçidini təmin etmək məqsədilə boğazda gəmilərin hərəkətinə fasilə verilib. Bu cür keçidlər zamanı hərəkətin dayandırılması, mümkün təhlükələrin qarşısını almaq üçün standart tədbir hesab olunur.

Gəmi keçidi başa çatdıqdan sonra İstanbul Boğazında gəmi nəqliyyatı yenidən bərpa olunacaq.

Seçilən
23
turkic.world

1Mənbələr