AZ

Mədəniyyət Nazirliyi məsələni diqqətdə saxlasın Qismət Rüstəmov

ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.

"Onu hər görəndə yadıma Məmməd Araz alnından çənəsinəcən süzdüyü qocanı təsvir edərkən yazdığı "Ömür - alnına tərsinə bir dırmıq çəkibdir" misrası düşür, elə bilirəm, bizim Əlisəmidə aiddir".

Kulis.az xəbər verir ki, bu sözləri şair, esseist Qismət Rüstəmov öz feysbuk hesabında yazıb.

O, Mədəniyyət Nazirliyindən Əlisəmid Kürün vəziyyətini diqqətdə saxlamağı istəyib:

"Mən özümdən Əlisəmid Kürün şeirlərinə uyğun belə bir təyinat yaratmışam: Nevrotik realizm.

90-cı illərin qarışıq, xaotik dövrünün ən dəqiq bədii ifadələrindən biri Əlisəmidin sonradan kitabının da adı olan şeiridir: "Qan-tər içində."

İmperiya dağıntıları altından sağ çıxanların çaş-başlığını, min cür hiss arasında gedib-gələn ovqatını üç sözə çevirəsi olsaq, bundan yığcam ifadə tapmaq çətindir: Qan-tər içində.

Bütün ideologiyaların domino daşları kimi dağıldığı, kompasların işləmədiyi zamanın şeiri belə başlayırdı: "Əqrəbləri itmiş saat kimiyəm..."

Əlisəmidin şeirləri həmişə sinir uclarından, əsəblərin oyaq yerindən doğulur. Məncə, onun ən fərəhli misralarında belə ipə-sapa yatmazlıq var; məsələn, bircə misralıq bu işıqlı şeirin yaratdığı gərginlik sahəsinə fikir verin: "Bahar dil uzadır nəlbəkilərdən."

Onu hər görəndə yadıma Məmməd Araz alnından çənəsinəcən süzdüyü qocanı təsvir edərkən yazdığı "Ömür - alnına tərsinə bir dırmıq çəkibdir" misrası düşür, elə bilirəm, bizim Əlisəmidə aiddir.

İndi bu bənzərsiz şairin sağlamlığında ciddi problem var, vəziyyəti ağırdır. Xahiş edirəm, Mədəniyyət Nazirliyi məsələni diqqətdə saxlasın.

Allah Əlisəmidə şəfa versin!"

Şəhid ola bilməyən əsgərə verilən ən dəhşətli sual - Nadir Yalçın

Con Lennonun qatilinə şərti azadlıq verilmədi

Kolumbiyada yeni insan növü aşkarlandı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
kulis.az

2Mənbələr