Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Belarus Xarici İşlər Nazirliyi çex diplomatı persona non qrata elan edib.
Axar.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu yaxınlarda Polşa və Çexiya hakimiyyəti tamamilə əsassız bəhanələrlə məsləhətçi rütbəli Belarus diplomatlarını ölkədən çıxarıb. Bu gün Çexiyanın Belarusdakı diplomatik missiyasının rəhbəri vəzifəsini icra edən Tomaş Kril Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Cavab olaraq ona bildirilib ki, çex diplomatı (müşaviri) persona non-qrata elan edilib və 72 saat ərzində Belarus ərazisini tərk etməlidir.
Vurğulamaq istərdik ki, mövcud vəziyyət Çexiya hakimiyyətinin illərdir Belarusa qarşı qərəzi nəticəsində yaranıb”, - məlumatda deyilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.