AZ

Avropa anbarlarına qaz vurulması tempi apreldən bəri minimum səviyyəyə düşüb

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabr ayında Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarına qaz vurulması tempi apreldən bəri ən aşağı səviyyəyə düşüb.

AZƏRTAC xəbər verir ki, Gas Infrastructure Europe assosiasiyasının məlumatına görə, hazırda Avropanın yeraltı qaz anbarları qarşıdan gələn qış mövsümü üçün 81 faizdən çox doldurulub.

Sentyabrın 17-də anbarlara qaz doldurulması 181 milyon kubmetr, qaz götürülməsi isə 49 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında 89,3 milyard kubmetr (81,09 faiz) qaz var.

Avropa Komissiyasının tələblərinə əsasən, üzv ölkələr hər il noyabrın 1-dək özlərinin qaz anbarlarını 90 faizədək doldurmalıdır. Bu həftə Avropada havanın öncəki yeddi günlə müqayisədə bir qədər isti keçəcəyi proqnozlaşdırılır. Avqust ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı 14 faiz, sentyabrın ötən dövründə isə ortalama 19 faiz olub.

Cari ay terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması bu dövr üçün ən maksimal səviyyəsinə çatıb. Hazırda bu göstərici maksimum gücün 53 faizini təşkil edir.

London ICE birjasında min kubmetr qazın qiyməti avqustda ortalama 394 dollar, sentyabrda isə 393 dollar olub.

Seçilən
17
42
azertag.az

10Mənbələr