AZ

Nərimanovda Dövlət Suverenliyi Günü qeyd edildi

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, millət vəkilləri, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə Dövlət Suverenliyi gününün əhəmiyyətindən, müasir dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışılıb.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Milli Məclisin deputatları və digər natiqlər çıxış edərək bildiriblər ki, dövlət suverenliyimizin tam bərpası Prezidentin dəmir siyasi iradəsinin və qətiyyətli liderliyinin nəticəsidir.

Onlar, beynəlxalq hüququn və beynəlxalq təşkilatların böhranının müşahidə edildiyi bir dövrdə, ölkəmizə tarixi zəfərlərə imza atmış və artıq adını Azərbaycan tarixinə əbədi həkk etmiş Müzəffər Ali Baş Komandan kimi güclü bir şəxsiyyətin və dahi siyasətçinin rəhbərlik etməsi xalqımız üçün böyük xoşbəxtlik və sonsuz qürur olduğunu vurğulayıblar.

Tədbir incəsənət xadimlərinin çıxışları ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
qafqazinfo.az

2Mənbələr