AZ

3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

QOL.az xəbər verir ki, yarışın yeddinci günündə yarışacaq yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək.

Murad Əhmədiyev (97 kq) ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə qarşılaşacaq.

Ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 kq) isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, Ulan Muratbek Uulu (Qırğızıstan) ilə Artyom Delenau (Moldova) arasında baş tutacaq qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Seçilən
10
6
teleqraf.com

8Mənbələr