AZ

Əlisəmid Kür Diaqnostika Mərkəzindən başqa xəstəxanaya köçürüldü

BAKI, 19 sentyabr. TELEQRAF

"Atamın səhhəti stabildir. Ötən gün axşam saatlarında Respublika Diaqnostika Mərkəzindən Respublika Klinik Xəstəxanasına yerləşdirilib".

Bunu Teleqraf-a şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva atasının son durumundan danışarkən deyib.

Aynur Mehdiyevanın sözlərinə görə, atasının müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam edir.

Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.

Seçilən
19
teleqraf.com

1Mənbələr