AZ

Martin Skorsezedən yeni film

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oskar mükafatlı rejissor Martin Skorseze böyük ekrana qayıdır. Son olaraq “Killers of the Flower Moon” filmi ilə tamaşaçı qarşısına çıxan məşhur rejissor yeni layihəsi üzərində işləyir.

Kulis.az xəbər verir ki, “What Happens at Night” adlı film Piter Kameronun eyniadlı romanı əsasında ekranlaşdırılacaq.

Filmdə baş rolları Leonardo DiKaprio və Cennifer Lourens ifa edəcək. Ssenarini Patrik Marber qələmə alıb.

Ekran əsəri övladlığa uşaq götürmək üçün Avropaya yola düşən amerikalı bir cütlüyün hekayəsini danışır.

Maraqlıdır ki, “What Happens at Night” Martin Skorsese ilə Leonardo DiKaprionun yeddinci əməkdaşlığı olacaq. Cennifer Lourens isə rejissorun filmlərində ilk dəfə çəkilir.

Qeyd edək ki, Martin Skorseze Lourensin Robert Pattinsonla baş rolu paylaşdığı son filmi “Die, My Love”ın prodüseri olub. DiKaprio və Lourens daha əvvəl 2021-ci ildə Adam Makkayın “Don’t Look Up” filmində birgə kamera qarşısına keçiblər.

Baxışları Təbrizə qədər uzanan Həmid Herisçi... - Maestro Niyazinin yubiley konsertində musiqini ürəyi ilə "görən" kim idi?

Hollandiya Avroviziya 2026 Mahnı Müsabiqəsini boykot edib

Dövlət Turizm Agentliyi Gəncə və Göygölə infotur təşkil edib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
kulis.az

2Mənbələr