AZ

Cənubi Koreya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyiplanlaşdırmır

Cənubi Koreya hökuməti Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırmır.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ço Xyon Seulda xarici jurnalistlərlə keçirdiyi mətbuat konfransında məlumat verib.

“Cənubi Koreya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırmır”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, Seul Moskva ilə əlaqələri qoruyub saxlamaq niyyətindədir və bu əlaqələr əsasən Cənubi Koreya şirkətlərinin maraqlarının müdafiəsinə yönələcək.

Nuriyyə NATİQQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr