AZ

"Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır" - Fərhad Abdullayev

"Konstitusiya Məhkəməsinin qəbul edilən qərarlarında Milli Məclisin rəyləri xüsusi yer tutur. Parlamentdə qəbul olunan qanunlar ekspertizadan keçir. Hər biriniz buna rəyinizi bildiririsiz. O qanunların gücü məhkəmədir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

"Bütün dövlətlərdə fakt var ki, qanunlar qəbul ediləndə onlar konstitusiyaya uyğun hesab edilir və qanunlar bu istiqamətdə qəbul olunur. Çoxsaylı komitələrdən keçir. Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır. Müəyyən illərdən sonra aşkar olunur ki, qanunun hansısa hissəsi natamamdır. Korreksiyanın həyata keçirilməsi vacibdir. Buna görə Konstitusiya Məhkəməsi öz rəsmi təfsirinə və şərhlərinə çox böyük yer ayırır", - deyə F.Abdullayev bildirib.

Anar Kəlbiyev

 

Seçilən
7
3
unikal.az

4Mənbələr