AZ

Flik onu fantastik futbolçu adlandırdı

style='margin-bottom:10px;'>

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Nyukasl”la matçdan (2:1) sonra Markus Rəşfordun oyununu dəyərləndirib.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, o, dublun müəllifi olan ingiltərəli hücumçu barədə deyib: 

"Onu fantastik futbolçu hesab edirəm. Bacarıqları inanılmazdır, məhsuldarlığı isə sadəcə heyrətləndirir. İlk hissədə də imkanlar yaratmağa çalışdı, amma dəqiqlik çatmırdı. İkinci yarıda isə hər şey dəyişdi. Hücumçu üçün qol vurmaq həmişə yaxşıdır. Çox sevinirəm. O, bizim üçün vacib oyunçudur. Mövsüm başlamazdan əvvəl komandaya hansı futbolçuların lazım olduğunu müzakirə edəndə belə bir oyunçuya ehtiyacımız olduğunu hiss edirdik. O, qeyri-adi futbolçudur".

Qeyd edək ki, Markus Reşford "Barselona"ya bu yay bir illik icarə əsasında keçib. O, "Mançester Yunayted"ə məxsusdur. 

Seçilən
13
2
teleqraf.com

3Mənbələr