Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Amil Tahirovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə. Hadisə 21 mart 2024-cü il tarixdə, saat 22 radələrində Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisində qeydə alınıb.
Belə ki, Amil Tahirov idarə etsiyi “KIA” markalı minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Amil Tahirov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.
Qeyd: Elmir Nağıyev sözügedən kənddə orta məktəbin 7-ci sinfində oxuyurmuş.
Kamal Məmmədov